İran saytları paytaxdan kənarda gizli yığışan vəhhabilərin meyid namazı qıldığını yazıb
İranın informasiya portalları may ayının 8-də Bakı kənarında yerləşən bağların birində Üsamə Ben Laden üçün yas tutulacağı ilə bağlı məlumat yayıblar. Modern.az saytının məlumatına görə, İranın “Arrannyus”Agentliyi bildirib ki, Bin Ladenin öldürülməsi əksər dünya ölkələrində toy-bayram kimi qarşılansa da, bundan kədərlənənlər də var. Hətta, bəzi yerlərdə terrorçunun şərəfinə qiyabi cənazə namazı da qılınıb.
“Azərbaycan vəhhabiləri də Bin Ladenin qətlə yetirilməsindən kədərləniblər. May ayının 8-də Bakı kənarındakı bağların birində Üsamə Bin Laden üçün yas tutulacaq. Tədbirin təşkilatçıları sırasında Azərbaycan vəhhabilərinin həm sələfi və həm də xəvaric qanadının nümayəndələri var”-deyə yazıda vurğulanır. Vəhhabilər Bakıda Bin Ladenə meyit namazı qılıblar.
Sayt yazır ki, Azərbaycan Respublikasında təhlükəli vəhhabi cərəyanın formalaşması 20-ci əsrin 90-cı illərində insanların həqiqi İslama qayıdışını önləmək üçün planlaşdırılmış siyasət nəticəsində başlayıb. Şiəliyin qarşısını almaq üçün vəhhabi qruplarına şərait yaradıblıb, onlara Bakıda Nərimanov rayonunda məscid verilib. Vəhhabilər isə məscidin adını Əbubəkr adlandırıb”.
Məlumatda qeyd edilir ki, Bin Ladenin başçılığı altında olan “əl-Qaidə” qrupu ötən əsrin 80-ci illərində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ tərəfindən Əfqanıstanda yaradılıb. Ancaq, sonrakı illərdə həmin terrorçu qruplaşma ABŞ-ın ziyanına işləyib.
Modern.az