Modern.az

Toyda sərxoş qonaq bıçaqlanıb

Toyda sərxoş qonaq bıçaqlanıb

18 İyun 2017, 00:58

Tovuz sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. 

Məlumata görə, S.Məmmədov toy məclisində baş vermiş münaqişə zamanı bıçaqlanıb. O, hadisə baş verən zaman sərxoş olub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular