Modern.az

Əfqanıstanda 5 terrorçu polis idarəsinə hücum edib

Əfqanıstanda 5 terrorçu polis idarəsinə hücum edib

18 İyun 2017, 10:22

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində 5 terrorçu polis idarəsinə hücum edib.

 

Modern.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, by haqda News Tolo telekanalı xəbər verir.

 

Məlumata görə, bir yaraqlı polis idarəsinin yaxınlığında özünü partladıb. Digər 3 nəfər polis idarəsinə girməyə cəhd göstərən zaman məhv edilib. Daha bir terrorçu təhlükəsizlik qüvvələri ilə atışmanı davam etdirir.



Əfqanıstan DİN-in nümayəndəsi bildirib ki, hücum nəticəsində iki polis həlak olub.

 

Regionda fəaliyyət göstərən heç bir qruplaşma hücuma görə məsuliyyəti hələlik üzərinə götürməyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular