Modern.az

Bakı metrosunda dəhşət - 83 yaşlı kişi qatarın altında can verdi - FOTO

Bakı metrosunda dəhşət - 83 yaşlı kişi qatarın altında can verdi - FOTO

18 İyun 2017, 14:00

Bu gün metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfər sərnişin qatarın altında qalıb. Bu barədə Modern.az-a məlumat verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, hadisə saat 12:30 radələrində baş verib:

 

“Hadisə nəticəsində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğludur. Əməkdaşlarımız platformaya daxil olan qatarı cərəyandan ayırıb və saat 12:50-də Səyyad Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb. Burada məlum olub kionun bədənində hər hansı sınıq xəsarəti yoxdur, yəni qatarın altında qalsa da, ortadakı boşluğa düşüb və vaqonun təkərləri onun üstündən keçməyib. Bununla belə hadisənin şoku altında olan ahıl kişinin ürəyi partlayıb və onun həyatını xilas etmək mümkün olmayıb”.

 

N.Paşayev bildirib ki, hadisə yerinə təcili yardım çağırılıb: "Təcili yardım briqadası həkimlərinin səyinə baxmayaraq, ahıl kişi ölüb”.

 

Gülşən RAUFQIZI 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular