Modern.az

Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib

Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib

18 İyun 2017, 15:44

Bu gün səhər Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün karate dərsi təşkil olunub.

 

Heydər Əliyev Mərkəzindən Modern.az-a verilən məlumata görə, 2 saata yaxın davam edən dərsi 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib.

 

Qeyd edək ki, Mərkəzin parkında ənənəvi olaraq müxtəlif tədbirlər, eləcə də dərslər təşkil olunur. Parkdakı tədbirlərə giriş sərbəst və ödənişsizdir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular