Modern.az

Nizamidə mənzildə qadın cəsədi tapılıb

Nizamidə mənzildə qadın cəsədi tapılıb

18 İyun 2017, 15:50

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, şəxsiyyəti məlum olmayan qadının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 13:28-də başa çatıb. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular