Modern.az

Agentlik Cocuq Mərcanlıda bir həftə ərzində 6 891 ədəd qəlpə aşkarlayıb

Agentlik Cocuq Mərcanlıda bir həftə ərzində 6 891 ədəd qəlpə aşkarlayıb

18 İyun 2017, 18:27

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 13-18 iyun 2017 -ci il tarixlərində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə həftəlik operativ məlumat yayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndində 13-18 iyun tarixlərində 6 891 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

 

Nəticə etibarilə 149 455 kv.m (14.95 ha) ərazi tam təmizlənib, 73 900 kv.m (7.39 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular