Modern.az

Dini ekspert: “Bakıda bin Ladenə yas mərasimi təşkil edilməsi ilə bağlı məlumat yalandır”

Dini ekspert: “Bakıda bin Ladenə yas mərasimi təşkil edilməsi ilə bağlı məlumat yalandır”

Təhsil

5 May 2011, 20:24

“Azərbaycanda yaşayan vəhhabi adlandırılan qrup hansısa terorçu liderin tərəfdarı deyil. Sadəcə olaraq, bu ölkənin müsəlman əhalisi üçün ənənəvi olmayan dini düşüncə tərzinin daşıyıcılarıdır”.
Bu sözləri Modern.az –a açıqlamasında İslam dini üzrə araşdırmaçı –ekspert Rəsul Mirhəşimli İran informasiya qurumları tərəfindən Ben Laden üçün Bakıda yas mərasiminə hazırılıqla bağlı yayılan  məlumatı şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, yayılan bu məlumat həqiqətəuyğun sayıla bilməz.
“Məncə, bu, həqiqətəuyğun olmayan məlumat xaraketeri daşıyır. Kimsə Üsamə bin Ladenə yas mərasimi təşkil etməklə özünə problem yaratmaz. Məlumatın yalan xarakteri daşıması isə onunla bağlıdır ki, vəhhabi adlanan sələfi qrupun dini düşüncəsində bizim anladığımız yas mərasimlərinin təşkili bəyənilən əməllərdən sayılmır. Onların mənsub olduğu məzhəbin fiqhinə görə qiyabi cənazə namazı qıla bilərlər. Bu da mərasim xarakteri daşımır. İstənilən şəxs dünyadan köçən kiməsə bu namazı qıla bilər. Bütün hallarda informasiyanın mahiyyəti yalan üzərində qurulub”-deyə R.Mirhəşimli vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?