Modern.az

Azərbaycan ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyib

Azərbaycan ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyib

18 İyun 2017, 21:11

Azərbaycan dünyanın ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyərək 127 ölkə arasıda 82-ci yerə yüksəlib. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Global Innovation Index"in 2017-ci il üzrə hazırladığı hesabatında bildirilir.

MDB ölkələri arasında Rusiya 45, Ukrayna 50, Moldova 54, Ermənistan 59, Qazaxıstan 78, Belarus 88, Tacikistan 94 və Qırğızıstan 95-ci yerləri tutub.

İlk üç yerdə İsveçrə, İsveç və Hollandiya qərarlaşıb. Birləşmiş Ştatlar və Böyük Britaniya 4 və 5-ci yerlərdədir.

Özbəkistan və Türkmənistanla bağlı məlumat yoxdur.

Tərtibatçıların sözlərinə görə, reytinq altı iri elmi-tədqiqat təşkilatının araşdırmaları əsasında tərtib edilib. Tərtibat zamanı siyasi mühitin vəziyyəti, təhsil, infrastruktur, biznes mühiti və s. əks etdirən 81 göstərici nəzərə alınıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular