Modern.az

Göyçay sakini bıçaqlanaraq öldürüldü

Göyçay sakini bıçaqlanaraq öldürüldü

18 İyun 2017, 21:56

Göyçayda qətl hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Sadiq Asif oğlunun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. İki uşaq atası olan Sadiq Məmmədovun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular