Modern.az

Fərdi ev tikintisinin asan yolu - VİDEO

Fərdi ev tikintisinin asan yolu - VİDEO

18 İyun 2017, 22:16

Vətəndaşlar üçün  video-bələdçilər hazırlanıb. Modern.az xəbər verir ki, vətəndaşlar ünvanlı sosial yardım alınması, fərdi evlərin tikilməsi, əlillik dərəcələrinin verilməsi məsələləri ilə bağlı  qaydalar, prosedurlar, sənədlər barədə ən kiçik detallara qədər bu video-bələdçilər vasitəsilə öyrənə bilərlər.

Bu video-bələdçilərlə, eləcə də  ünvanlı sosial yardım alınması və  əlillik dərəcələrinin verilməsi məsələləri ilə bağlı  www.e-vetendash.az, saytında  və //www.facebook.com/evetendash/  Feysbuk səhifəsində tanış olmaq olar.

Ünvanlı sosial yardım alınması və  əlillik dərəcələrinin verilməsi məsələləri ilə bağlı video-bələdçilərdə  mövcud qaydaları BDU-nun hüquq fakultəsinin müəllimi, elmlər doktoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Komitənin sədri Mais Əliyev izah edib.

Fərdi evlərin tikilməsi ilə bağlı prosedurlar isə hüquqşünas,  Vəkillər Kollegiyasının üzvü  Ağaşirin Ələkbərov tərəfindən izah olunub.

Hər üç video-bələdçidə ekspertlər sadə, anlaşılan formada, addım-addım hansı işlərin görülməli olduğunu və mövcud qanunvericiliyin tələblərini şərh edirlər.

Qeyd edək ki, e-vetendash.az saytından bir sıra başqa məlumatları da almaq mümkündür. İlk növbədə “Onlayn hüquqi məsləhət” almaq olar. Saytda “Təcrübəni bölüş”, “Şikayətini bildir”, “Qanunvericilik”, “Ən çox verilən suallar” rubrikaları yaradılıb. Eyni zamanda “Fərdi evlərin tikintisi”, “Ünvanlı dövlət sosial yardımını necə almaq olar?”, “ Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması” bölmələri yaradılıb.

Vətəndaşların fərdi evlərin tikintisi ilə bağlı məlumalandırılması üçün ardıcıllıqla mövcud qanunvericilik 8 addımda sadə şəkildə izah olunub. Bütün prosedurlar göstərilib.

"Ünvanlı dövlət sosial yardımını necə almaq olar?" bölməsində Sоsial yardımın təyin оlunması və vеrilməsi qaydası – 9 addımda izah olunub.

Eyni zamanda əlillik dərəcəsinin verilməsi ilə bağlı yeni prosedurlar, güzəştli mənzillərin kimlərə və hansı şərtlərlə verilməsi ilə bağlı məlumat və qrafik təsvir yerləşdirilib.

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərlə bağlı qanunvericilik sadə dildə şərh olunub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular