Modern.az

Malidə otelə silahlı hücum: 20 turist girov götürülüb, Yenilənib

Malidə otelə silahlı hücum: 20 turist girov götürülüb, Yenilənib

19 İyun 2017, 00:44

Malinin paytaxtı Bamakoda turistlərin qaldığı otelə silahlı basqın zamanı iki nəfər öldürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Le Kampement” otelinə təşkil edilən silahlı hücum zamanı daha 20 nəfər girov götürülüb.

Məlumata görə, hadisə yerinə xeyli polis cəlb edilib.

 

00:03

 

Malinin paytaxtı Bamakoda turist düşərgəsinə silahlı hücum olub. Modern.az "RİA Novosti" istinadən xəbər verir ki, hadisə yerinə Mali hərbçiləri və ölkədə yerləşdirilən Fransa antiterror kontingentinin hərbi qulluqçuları cəlb edilib.

Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?