Modern.az

Rəsmi Ankara Naxçıvanla azad iqtisadi zona yaradır 

Rəsmi Ankara Naxçıvanla azad iqtisadi zona yaradır 

19 İyun 2017, 09:16

Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

O bildirib ki, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.

"Türkiyə iqtisadiyyat nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib", deyə nazir bildirib.

Nazirin sözlərinə görə, Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərə aparılan ticarətdən fərqlənməyəcək. Əməliyyat zamanı türk lirəsindən istifadə ediləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular