Modern.az

AZƏRTAC zəif görənlər üçün sayt versiyası istifadəyə verdi

AZƏRTAC zəif görənlər üçün sayt versiyası istifadəyə verdi

19 İyun 2017, 10:19

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın veb-səhifəsinin zəif görənlər üçün versiyası istifadəyə verilib.

Saytın bu versiyasına agentliyin əsas veb-səhifəsinin (azertag.az) yuxarı sağ küncündə yerləşdirilmiş “göz” işarəsi və ya special.azertag.az ünvanı vasitəsilə daxil olmaq mümkündür. Agentliyin xəbərlərini bu versiyada zəif görənlər daha rahat oxuya bilərlər. AZƏRTAC-ın əsas saytında yayılan informasiyalar bu səhifədə də təkrarlanır.

Veb-səhifənin bu versiyasının özəlliyi ondan ibarətdir ki, burada şriftləri böyütmək, rəngli, ağ və qara fonlar seçmək mümkündür. Şriftlər ağ fonda qara, qara fonda isə avtomatik olaraq ağ rəngdə olur. Eyni zamanda, istifadəçi “Sazlamalar” bölməsində “Arial” və “Times New Roman” şriftlərindən birini və hərflər arasındakı məsafə ilə bağlı “Standart” və “Böyük” funksiyalarını seçə bilər. Səhifədə informasiyaların axtarışı üçün bölmə da yaradılıb.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular