Fransa prezidenti Emmanuel Makronun başçılıq etdiyi “İrəli, Respublika” hərəkatı parlament seçkilərində inamlı qələbə qazanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ikinci turda səslərin hamısı toplandıqdan sonra “İrəli, Respublika” hərəkatı və onun seçkilərdəki müttəfiqi “Demokratik Hərəkat” 577 yerlik parlamentdə 300 kürsüyə sahib olub.
Ekspertlərin ehtimal etdiyindən az səs toplasa da, Makron artıq parlamentdə bütün islahatlarını həyata keçirmək üçün şans qazanıb.
Mühafizəkar “Respublika” partiyası isə 125 ilə 131 arasında mandat qazanaraq xeyli zəifləyib. Belə ki, bundan öncəki seçkilərdə partiyanın 200 mandatı var idi.
Ən pis nəticəni isə Sosialistlər partiyası göstərib. Keçmiş prezident Ollandın dövründə xeyli elektorat itirən partiya 41 yer qazanıb.
8 mandat qazan Fransa Milli Cəbhəsi isə tarixində ilk dəfə parlamentə daxil olub.
Vüqar İSMAYILOV