Modern.az

Vəlvələ çayı üzərindəki körpüdə təmir başladı

Vəlvələ çayı üzərindəki körpüdə təmir başladı

19 İyun 2017, 11:04

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlər sərhədi avtomobil yolunun 146 km-də Vəlvələ çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılır. 

 “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Modern.az-a verdiyi məlumata görə, təmir-bərpa işlərinin başlanılmasına səbəb körpünün uzun müddət istismarda olması, həmçinin körpü üzərində mütamadi olaraq iri tonnajlaı yük maşınlarının hərəkəti və yaz-yay aylarında leysan yağışlar nəticəsində çayda sululuğun artmasıdır. 

 “Aparılacaq təmir işləri zamanı körpünün özündə və dayaqlarında əlavə bərkitmə işləri aparılacaq, sutənzimləyici qurğular və mühafizə bəndləri bərpa olunacaq. Bu isə öz növbəsində gələcəkdə ağır tonnajlı yük maşınlarının və sel sularının körpüyə ziyan vurmasının qarşısını almış olacaq. Təmir müddətində körpünün üzərində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılaraq yaxınlıqda salınan alternativ yola yönəldiləcək”.

Qurum rəsmisi bildirib ki, alternativ olaraq salınan yolun eni 8 m, uzunluğu isə 800 m-dir.

 Qeyd edək ki, Vəlvələ çay üzərində yerləşən və uzunluğu 120 m olan 7 aşırımlı körpü 1972-ci ildə inşa olunub.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular