Modern.az

AFFA-dan Azərbaycan yığma komandası üzvlərinin davasına rəsmi MÜHASİBƏT

AFFA-dan Azərbaycan yığma komandası üzvlərinin davasına rəsmi MÜHASİBƏT

19 İyun 2017, 11:12

19 yaşlı qızlardan ibarət Azərbaycan yığma komandasının üzvləri - Ülkü Özdəmir və Hatice Özdemir sabiq komanda yoldaşları Gizəm Tənəkəcini döyüblər. Hadisə Almaniyanın Frankurt şəhərinin Montobar qəsəbəsində baş verib.

Hadisə ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu Modern.az-a açıqlama verib. O bildirib ki, həmin qızlar hazırda milli komandada fəaliyyət göstərmədikləri üçün hərəkətlərinə özləri cavabdehdirlər:

“Ülkü Özdəmir və Hatice Özdemir hazırda milli komandanın düşərgəsində deyillər. Milli komandanın düşərgəsində olmadıqları üçün hərəkətlərinə görə özləri cavabdehdirlər.  Hər hansı qanun pozuntusu törədiblərsə,  onlara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülməlidir. Onlar milli komandanın üzvləri deyillər. Milli komandanın üzvləri komandanın toplanışı və oyunları olanda baş məşqçi tərəfindən dəvət olunur. Yalnız dəvət olunan zaman onlar gələ bilərlər.

Həmin qızlar 19 yaşlı qızlardan ibarət milli komandaya dəvət olunmadıqları üçün müstəqil fəaliyyət göstərirlər. Əgər əməllərində hər hansı hüquq pozuntusu varsa, təbii ki, buna hüquq-mühafizə xidməti tərəfindən qiymət verilməlidir. Bu artıq milli komandanın səviyyəsində baş verməyib. Onların fərdi həyatlarında baş verən hadisədir”.

Qeyd edək ki, Ülkü Özdəmir və Hatice Özdemir  tərəfindən döyülən Gizem Tənəkəci hazırda müalicə alır və vəziyyəti yaxşı deyil.


Günay RƏSULQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular