Modern.az

Göyçayda arvad ərini öldürüb

Göyçayda arvad ərini öldürüb

19 İyun 2017, 11:14

Ötən gün axşam saatlarında Göyçay rayonu Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb. APA-nnın məlumatına görə, onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

 

Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay rayon Polis Şöbəsinə aparılıb və hazırda orda dindirilir.

 

Onun ərini hansı səbəbdən qətlə yetirdiyi hələ ki, məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda fəhlə kimi çalışdığı bildirilir.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular