Fransada ötən gün keçirilən parlament seçkilərində 3 erməni mənşəli deputat da öz dairələrində qələbə qazanıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paris yaxınlığında yerləşən Sen-Klu şəhərindən Jan Marilosyan, Er və Luar departamentinin 1-dən Qiyom Kasbaryan və Ron departamentinin 13-cü dairəsindən Daniel Kazaryan deputat seçilib.
Xatırladaq ki, hər 3 deputat prezident Emmanuel Makronun “İrəli, Respublika” hərəkatını təmsil edir.
Vüqar İSMAYILOV