Modern.az

Göyçaydakı dəhşətli qətllə bağlı rəsmi MƏLUMAT yayıldı - Baltalanıb...

Göyçaydakı dəhşətli qətllə bağlı rəsmi MƏLUMAT yayıldı - Baltalanıb...

19 İyun 2017, 11:55

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə RPŞ-yə müraciət olunub.

Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

Meyit eksqumasiya edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanmaməmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular