Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli hər il olduğu kimi, bu il də Ramazan ayında, Lənkəranda öz seçiciləri və rayon ağsaqqallarının bir qrupu ilə görüşüb və onlar üçün iftar süfrəsi təşkil edib.
Yüzə yaxın insanın iştirak etdiyi bu tədirdə rayon İcra Hakimiyyəti başçısınin I müavini Möhöbbət Babayev və QMİ-nin bölgə qazisi Hacı Qəni Axundzadə də iştirak edib.
Tədbirdə çıxış edən Hacı Qəni Axundzadə ölkəmizdə milli mənəvi dəyərlərə verdiyi qiymət və hörmətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Dini qurumlarla, xalq və dövlət strukturları arasındakı bütövlük və əməkdaşlığa yüksək önəm verildiyini vurğulayıb. O eyni zamanda, vaxtaşırı bu cür xeyriyyə tədbirləri keçirdiyi üçün Hadı Rəcəbliyə də təşəkkür edib.
Deputat öz növbəsində bu cür tədbirlərin artiq ənənə şəkli aldığını, Ramazan ayının müqəddəsliyindən, oruc tutmağın insana fiziki və mənəvi xeyrindən, Prezident İlham Əliyevin bu cür tədbirlərə dəstəyindən və QMİ-nin sədri Hacı Allahşükür Paşazadənin də hər il ənənəvi iftar süfrəsi təşkil etdiyindən söz açıb.
İftardansan sonra öz seçiciləri ilə bir araya gələn Hadi Rəcəbli onların problem və qayğılarıyla maraqlanıb, lazımı tədbirlər görüb.
Modern.az