Modern.az

Xorvatiyada güclü meşə yanğınları başlayıb

Xorvatiyada güclü meşə yanğınları başlayıb

19 İyun 2017, 22:51

Xorvatiyada güclü meşə yanğınları başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Xorvatiyanın Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin cənubunda, Makarska turist şəhərinin yaxınlığında güclü meşə yanğınları baş verib.

Məlumata görə, alovun yayılmasının qarşısını almaq üçün yüzlərlə hərbçi və yanğınsöndürən cəlb olunub. Yanğınla əlaqədar min turist otellərdən təxliyə edilib. Yanğına elektrik şəbəkəsində qısaqapanma, alovun yayılmasına isə güclü külək səbəb olub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?