“Azərbaycan keyfiyyətsiz malların poliqonuna çevirilib”. Bu sözləri parlamentdəki çıxışında millət vəkili Əli Məsimli son günlər müşahidə olunan qiymət artımı ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, prezidentin əmək haqlarının artırılması ilə bağlı fərmanları əhalinin rifah halının artmasına xidmət edir. Lakin bundan istifadə edən bir qrup insan bazarlarda qiymətləri dərhal artırırlar.
“Yerli sitehsal boğulur. Əmək haqları 20 faiz artacaqsa, malların qiymətini də qaldıracaqlar. Haqsız rəqabətə qarşı mübarizə gücləndirilməli, Milli Məclis bu prosesə qoşulmalıdır. Süni qüymət qaldırılması mütəşəkkil cinayətkarlığın bir növü kimi qiymətləndirilməli və başalaşmaya yol verənlər cəzalandırılmalıdır. Başqa cür qarşısını almaq mümkün deyil. Qısa müddətdə ancaq bu yolla qarşısını almaq olar”-deyə Ə Məsimli vurğulayıb.
Modern.az