Modern.az

Elmira Süleymanova QHT rəhbərlərinə müraciət etdi

Elmira Süleymanova QHT rəhbərlərinə müraciət etdi

Təhsil

6 May 2011, 13:26

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinə müraciət edib.

Modern.az Ombudsmanın mətbuat xidmətinə istinadən bildirir ki, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova QHT-ləri “İnsan Hüquqları Günü” ilə əlaqədar tədbirlər keçirməyə və birgə əməkdaşlığa dəvət edir.
“Məlum olduğu kimi, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bununla bağlı müvəkkilin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları aylığı” keçirilir.
Bu ay çərçivəsində dövlət qurumları, QHT-lər və  digər aidiyyatı təşkilatlar tərəfindən ölkəmizin bütün regionlarında insan hüquqları ilə bağlı müxtəlif tədbirlər və müzakirələr təşkil olunur. Aylığın yekunu olaraq görülən işlər ümumiləşdirilərək, UNESCO-nun dəstəyi ilə Bakı şəhərində 2011-ci il 16-18 iyun tarixlərində “Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda keçiriləcək Ombudsmanların IX Bakı Beynəlxalq Konfransında təqdim olunacaq.
Yuxarıda göstərilənləri nəzərə alaraq, bu aylıq çərçivəsində rəhbərlik etdiyiniz təşkilat tərəfindən müxtəlif tədbirlərin həyata keçirilməsini təklif edir və Sizləri birgə əməkdaşlığa dəvət edirəm.
Ümid edirəm həyata keçirilən bütün tədbirlər ölkəmizdə insan hüquqları təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz tövhəsini verəcəkdir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?