Modern.az

Azay Quliyev ibtidai siniflərin dərsliklərini tənqid etdi

Azay Quliyev ibtidai siniflərin dərsliklərini tənqid etdi

6 May 2011, 14:29

Milli Məclisin bu günkü plenar iclasında çıxış edən millət vəkili Azay Quliyev orta məktəblərin ibtidai siniflərində istifadə olunan dərsliklər məsələsinə toxunub. Modern.az-ın məlumatına görə, millət vəkili A.Quliyev bildirib ki, həmin dərsliklərin yükü çoxdur, bu kitabların həcmlə məzmunu arasında qeyri-mütənasiblik var.

Deputat onu da qeyd edib ki, ibtidai siniflərin riyaziyyat dərsliyi daha çox əyləncə xarakterlidi, bu da uşaqların biliyinin artmasına əngəl törədən bir məsələdi.

A.Quliyevin sözlərinə görə, ibtidai təhsil məsələsində qonşu Rusiya, Türkiyədən nümünə götürmək olar. Deputat həmçinin onu da bildirib ki, ibtidai siniflərdə o qədər kitab var ki, azyaşlı şagird öz çantasını məktəbə aparıb-gətirə bilmir, bu onun pisxoloju durumuna təsir göstərir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj