Modern.az

Deputat: "Məktəblər belə olmalı deyil, orada peşəkarlar işləməlidir"

Deputat: "Məktəblər belə olmalı deyil, orada peşəkarlar işləməlidir"

6 May 2011, 15:35

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev cari məsələlərin müzakirəsi zamanı orta məktəblərdəki təhsil məsələsinə toxunub. Deputat qeyd edib ki, bu gün ali təhsil müəsssisələrinə qəbul olunan gənclərin heç biri repititorsuz uğur qazana bilmir.
Q.Həsənquliyevin sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası çalışır sübut eləsin ki, orta məktəblərdə təhsilin səviyyəsi aşağıdır.
“Buna görə də, ildən-ilə qəbul imtahanlarında test suallarının səviyyəsi çətinləşdirilir. Baxmayaraq ki, orta məktəblərdə təhsil pulsuzdur, ancaq biz komissiya yaradaraq bu məsələni araşdırsaq görərik ki, tələbələrin yüksək faizi orta məktəbdə repetitordan istifadə edir”.

Qüdrət Həsənquliyev şagirdlərin repetitorlardan dərs alaraq, ali məktəbə daxil olması nəticədə onların ümumilikdə savadsız olmasına səbəb olur: “Riyaziyyatçı ədəbiyyatdan, ədəbiyyatçı fizikadan heç nə bilmir. Biz o uşaqlara sual versək, onların öz sahələrindən əlavə heç nə bilmədiklərini ortaya çıxacaq”.

“Məktəblər belə olmalı deyil, məktəbdə peşəkarlar yerləşdirilməlidir” deyə deputat vurğulayıb.


Modern.az

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj