Modern.az

“Lider" TV-nin keçmiş əməkdaşı “Zerkalo” qəzetində vəzifəyə təyin olundu

“Lider" TV-nin keçmiş əməkdaşı “Zerkalo” qəzetində vəzifəyə təyin olundu

6 May 2011, 17:33

Modern.az saytının məlumatına görə, “Lider” televiziyasının Xəbərlər Departamentinin keçmiş direktoru Tofiq Abbasov “Ayna-Zerkalo” qəzetinin informasiya şöbəsinin müdiri təyin olunub. T.Abbasov saytımıza açıqlamasında bildirib ki, bundan sonra jurnalist fəaliyyətini qəzetdə davam etdirəcək, yeni lahiyələrlə çıxış edəcək.
“Qəzetdə fəaliyyətim yeni başlayıb, ona görə heç nə deyə bilmərəm. Amma, təbii yeniliklər olacaq”.

“Zerkalo” qəzetinin mətbuatda özünəməxsus yerini olduğunu söyləyən T.Abbasov qeyd edib ki, burda çalışmaqdan mənmunluq duyur.
““Zekalo” qəzeti mətbuatda öz yeri olan qəzetdir. Azərbaycanın ictimai, siyasi hadisələrini layiqincə işiqlandırır”-deyə o, bildirib.

T. Abbasov qeyd edib ki, televiziyadan sonra qəzetdə şalışmaq onun çətin olmayacaq.

Tanınmış jurnalist Tofiq Abbasov “Lider” TV-də Xəbərlər Departamentinin rəhbəri olub. 2010-cu ilin dekabrında səhhəti ilə əlaqadar vəzifəsindən  gedib.

Sədaqət Süleymanova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi