Modern.az

Həmsədrlərin bəyanatı Rusiyanın mövqeyini əks etdirir

Həmsədrlərin bəyanatı Rusiyanın mövqeyini əks etdirir

22 İyun 2017, 14:39

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərin yekunları üzrə açıqlanmış bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin bu məsələyə dair mövqeyini tam əks etdirir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunları barədə sualı cavablandırarkən söyləyib.

 

O qeyd edib ki, Minsk qrupu həmsədrlərinin bəyanatında Rusiyanın da mövqeyi və regionda baş verənlərə dair son qiymətləndirmə əksini tapıb. O, həmçinin vurğulayıb ki, Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunu daim diqqət mərkəzində saxlayır.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj