BMT dünya əhalisinin sayı ilə bağlı növbəti proqnoz verib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki. hesabatda Yer əhalisinin hazırki sayının 7,6 milyard nəfər olduğu, 2030-cu ildə bu rəqəmin 8,6 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacağını proqnozlaşdırıb.
Yer planetində doğumun 1960-cı ildən bəri azalmasına baxmayaraq, yaxın illərdə əhali sayı ildə 83 milyon nəfər artacaq. Xüsusən Afrika əhalisi sürətlə artıq və 2015-ci ildə doğulan körpələrin yarısından çoxu bu qitədə dünyaya gələcək.
Hesabata əsasən, Hindistan 2024-cü ildə Çini əhali sayına görə keçəcək. Nigeriya isə 205-ci ildə ABŞ-ı keçərək ən çox əhalisi olan 3-cü dünya ölkəsinə çevriləcək.
Vüqar İSMAYILOV