Modern.az

Eldar Əzizov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

Eldar Əzizov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

22 İyun 2017, 15:13

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Əziz oğlu Əzizovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Eldar Əzizov Bakının Səbail rayon İcra Hakimiyyətinin başçısıdır.

Modern.az-ın məlumatına görə, 28 iyun tarixi Eldar Əziziovun doğum tarixidir, onun 60 yaşı tamam olur.

E.Əzizov 1998-ci ildən Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 

2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı,2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

Prezidentin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj