Modern.az

İlham Əliyev inhisarçılıqdan, süni qiymət artımından danışıb

İlham Əliyev inhisarçılıqdan, süni qiymət artımından danışıb

Təhsil

6 May 2011, 22:44

Mayın 6-da Ağcabədidə Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında – Ağcabədidə kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Dövlət başçısı müşavirədə son illər Azərbaycan iqtisadiyyatının və bütün regionların, qeyri-neft sektorunun daha da inkişafı üçün ardıcıl tədbirlərin, eləcə də sosial və infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb. Ötən 7 ildə 1 milyona qədər yeni iş yerinin yaradıldığını bildirən Prezident İlham Əliyev 2013-cü ilə qədər respublikamızda regional inkişaf proqramına uyğun olaraq bütün əsas iqtisadi, sosial və infrastruktur məsələlərinin həllini tapacağını deyib.
Kənd təsərrüfatının inkişafının dövlətin başlıca prioritetlərindən biri olduğunu deyən Prezident İlham Əliyev regionlarda aqrar-sənaye kompleksinin köklü inkişafı, infrastruktur və sosialyönümlü tədbirlərin daha da genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib. Sahibkarlığın hərtərəfli dəstəklənməsi üçün kompleks tədbirlərin bundan sonra daha da gücləndiriləcəyini vurğulayan dövlət başçısı iş adamlarına rəqabətədavamlı məhsulların istehsalını genişləndirməyi və xarici bazarlara daha çox əmtəə çıxarmağı tövsiyə edib.
Prezident İlham Əliyev inhisarçılığın, qeyri-sağlam rəqabətin, süni qiymət artımının qarşısının alınması və yerli bazarın keyfiyyətli məhsullarla təminatı  üçün ardıcıl  tədbirlər görüldüyünü qeyd edib.

Müşavirədə kənd təsərrüfatı naziri İsmət Abasov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Atena” süd məhsulları kombinatının təsisçisi Mülhazil Balakişiyev, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış ediblər.

Müşavirəyə yekun vuran dövlət başçısı aqrar-sənaye kompleksində islahatların reallaşdırılması zamanı kompleks yanaşmanın və hərtərəfli əlaqələndirmənin başlıca meyar olduğunu bildirib.


Modern.az
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?