Modern.az

Eldar və Nigar Almaniyada mətbuatin favoritləridir

Eldar və Nigar Almaniyada mətbuatin favoritləridir

Təhsil

6 May 2011, 23:09


Azərbaycan təmsilçiləri Eldar və Nigar Düsseldorfda  Esprit Arenanın səhnəsində ikinci məşqini edib. 4 vokalçı-rəqqasədən ibarət bək-vokal qrupunun müşayiəti ilə ifa olunan “Running scared” mahnısı məşqi izləyən mətbuat nümayəndələrinin gözü qarşısında maraqlı səhnə həlli və xoreoqrafik hərəkətlərlə canlanıb.

Mahnının səhnə quruluşunun müəllifi Tarmo Krimm bu məşqdə də iştirak edib, çəkiliş qrupu və işıqlandırma istiqamətində göstərişlərini verib.

Bu məşq zamanı duetin müsabiqə günü geyinəcəyi libaslar da təqdim olunub. İsveçli dizayner Lars Vallinin hazırladığı kostyumlar bu ilin dəb trendlərinə tam uyğundur. Açıq tonlarda və çəhrayı rənglərdə hazırlanan libaslar şifon və ipək parçalardan tikilib. Yüngül, çəkisiz və son dərəcə xəfif görünən paltarlar mahnının romantik ruhunu tamamlayır və nömrənin xanım istirakçılarını xüsusilə cazibədar edir.

Eldarın kostyumu da açıq rəngli və sərbəst üslubdadır. Xatırladaq ki, Lars Vallin Azərbaycanı "Eurovision-2009" müsabiqəsində təmsil edən Aysel Teymurzadə və Araşın səhnə geyimlərinin dizayneri olub.

Beləliklə, bu ilin Eurovision  müsabiqəsinin “Ən romantik və orqanik dueti”  ikinci məşqi də uğurla başa vurub.



Düsseldorfda Esprit Arenada keçirilən ikinci məşqdə çoxsaylı mətbuat nümayəndələri iştirak edib. Qeyd etmək lazımdır ki, Azərbaycandan olan duetin məşqi ən cox jurnalistin istirak etdiyi azsaylı nömrələrdən biri olub. Hər ifa onların alqışları ilə qarşılanıb. Bu alqışlar məşqdən dərhal sonra keçirilən mətbuat konfransında da səngiməyib.

İctimai Teleradionun Düsseldorfda olan xüsusi müxbiri Leyla Əliyevanın verdiyi məlumata görə, mətbuat konfransı “Runnig scared” mahnısına çəkilmiş klipin nümayişi ilə başlayıb. Konfransın ilk dəqiqələrində Eldarla Nigar “Zdob su Zdub” qrupunun gitaraçısını səhnəyə dəvət edib. Onlar gitara müşayiəti ilə müsabiqə mahnısının akustik versiyasını canlı ifa ediblər. Bu ifadan sonra səslənən sual mətbuat konfransının ən maraqlı suallarından olub. Belə ki, Almaniyalı jurnalist „sorgu keçirib sizin mahnınıza olan münasibətlə maraqlandım, „bu mahnını bəyənmirəm“ deyən olmadı. Bu ilin qalibi olacağınıza inanırsınız“ deyə soruşub.

Duet bu sualı belə cavablandırıb: “Əlbəttə inanırıq. Hər kəs özunə inanmalıdır. İnam olmasaydı bu günə qədər gəlib cıxmazdıq“.

Digər sual isə “Azərbaycan və paytaxt Bakı müsabiqəni qəbul etməyə hazırdımı” olub. Bunu isə duetimiz “biz hər şeyə hazırıq” kimi cavablandırıb.
Növbəti sualın cavabını Eldar mahnı ilə verib.

- Bilirik ki, Bakı Slavyan Universitetinin tələbəsisiniz. Hazırda dərslərinizdən uzaq düşmüsünüz. Bəlkə müəllimləriniz üçun kiçik canlı ifa göndərəsiniz?

Cavabında isə Eldar və Nigar xalq mahnısı olan „Küçələrə su səpmişəm mahnısını canlı ifa ediblər. Növbəti canlı ifanı Eldardan belçikalı jurnalist xahiş edib.

- Mən peyk antenası vasitəsilə sizin seçim turunu izləmişəm. Orada siz fransiz dilində cox gözəl mahnı ifa etmişdiniz. Onu təkrarlaya bilərdinizmi?

Eldar söhbətin “Je taime” mahnısından getdiyini anlayib onu həmişəki kimi yüksək peşəkarlıq və zövqlə ifa edib.

Beləliklə, ikinci mətbuat konfransı Azərbaycan təmsilçiləri Eldarla Nigarın  “Mətbuatın favoritləri“ statusunu bir daha təsdiq edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?