İspaniya Ali Məhkəməsi “Barselona” klubunun hücumçusu Lionel Messinin 21 aylıq həbs müddətini cərimə ilə əvəzləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu büdcəyə 252 min avro ödəyəcək.
Futbolçunun atası Xorxe Messi isə 180 min avro cərimələnib. Messi 2007-2009-cu illərdə 4,1 milyon avro pulu vergi orqanlarından gizlətməkdə ittiham olunur.
Vüqar İSMAYILOV