Modern.az

YAP «Gülüstan» sarayında Heydər Əliyevlə bağlı konfrans keçirib

YAP «Gülüstan» sarayında Heydər Əliyevlə bağlı konfrans keçirib

7 May 2011, 15:10

Mayın 7-də «Gülüstan» sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə «Heydər Əliyev və Azərbaycanın müasir strategiyası» mövzusunda konfrans keçirilib.
APA-nın məlumatına görə, konfransdan əvvəl partiya rəhbərliyi, deputatlar və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Konfransda çıxış edən YAP sədrinin müavini Əli Əhmədov Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda böyük layihələr həyata keçirildiyini deyib:

«Heydər Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətinin müasirləşməsinə də ciddi təkan verib».

Konfrans işini bölmələrdə davam etdirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?