Milli Məclisin deputatları Musa Quliyev, Məlahət İbrahimqızı, Flora Qasımova və Azay Quliyev mayın 9-da Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. Səfərin məqsədi görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş anma mərasimində iştirak etməkdir.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Bahçeşehir Universitetində keçiriləcək tədbirdə millət vəkilləri Heydər Əliyevin ömür yolu, Azərbaycanın gələcəyi naminə gərgin siyasi fəaliyyəti barədə danışacaq, onunla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşəcəklər. Səfər mayın 11-də başa çatacaq.
Mail Ağaxanov