Xəbər verdiyimiz kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir. Bu qəbildən növbəti belə tədbir mayın 7-də Gəncə şəhərində olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Şəhər Polis İdarəsində Gəncə şəhəri, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy və Qazax rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.
Daxili işlər naziri tərəfindən qəbul edilən 33 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib.
General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.
Modern.az