Bu gün Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin işğal olunmasının 21 ili tamam olur. 8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayıb.
Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Modern.az işğal altındakı Şuşanın köhnə və təzə fotoşəkillərini təqdim edir.
|
Laçın-Şuşa yolundakı "Qoşa yal" deyilən yer. |
|
Şuşaya giriş. Ermənilər şəhərin adını bildirən lövhəni erməni və ingilis dillərində yazıblar. |
|
Şəhərdən ümumi görüntü. |
|
Şuşa qalası. |
|
Şuşa qalasının digər yandan görünüşü. |
|
Şuşa qalasının ərazisi. |
|
Şuşa qalasından baxanda uzaqda Xankəndi şəhəri görünür, lap ovuc içi kimi. |
|
Bu da məşhur Cıdır düzü. |
|
Şuşadakı bu məktəbdə bir vaxtlar azərbaycanlı uşaqlar oxuyurdu, indi onu erməniləşdiriblər. |
|
Ermənilər Doğum evindən də istifadə etməkdədirlər. |
|
Daşaltı dərəsi, Qar-qar çayı. |
|
Qar-qar çayının üzərindəki qədim körpü. |
|
Şuşa təbiətinin əsrarəngiz gözəlliyi. |
|
Şuşadan Xankəndinə gedən dolanbac yollar. |
|
Yuxarıda Şuşa türməsi görünür. |
|
Ermənilərin Şuşadakı "Şuşa" mehmanxanası. |
|
Minarələri dağıdılmış "Gövhər ağa" məscidi. |
|
Şəhərin xarabalığa çevrilən köhnə bazarı. |
|
Məşhur xanəndə Cabbar Qaryağdıoğlunun dağıdılan evi. |
|
Şəhərdən başqa bir ümumi görüntü. |
|
Darvazanın üstünə yazılan sözdən belə məlum olur ki, ev hansısa erməni tərəfindən özününküləşdirilib. |
|
Meydan küçəsi işğaldan sonra. |
|
Aşağıda Şuşanın Zarıslı kəndindəki daşı-daş üstündə qalmayan evinin qalıqları görünür. |
|
Yuxarıdan baxanda Şuşanın Daşaltı kəndi görünür. |
|
Şəhərdəki Saatlı məscidi. |
|
Eşşəklə yük daşıyan erməni. |
|
Yandırılan Karvansara. |
|
Mərkəzi küçə. |
|
Şuşaya duman gəlib. |
|
Erməni dığalarının gəzintisi. |
|
"Turş su" mineral su qalereyası. |
|
Xarabalığa dönən bina. |
|
Musiqi məktəbinin binası. |
|
Mağaza binası. |
|
Yadellilər Şuşanı gəzirlər... |
|
Bəzi binalarda yaşayış var. |
|
Bura da Şuşadır... |