Modern.az

Füzulidə şəhid ailələri, Qarabağ əlilləri üçün iftar süfrəsi açılıb

Füzulidə şəhid ailələri, Qarabağ əlilləri üçün iftar süfrəsi açılıb

26 İyun 2017, 10:05

Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Ötən axşam Müqəddəs Ramazan bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhərində, Bala Bəhmənli kəndində və 1 №-li Qayıdış qəsəbəsində şəhid ailələri, Qarabağ əlilləri, imkansız ailələr və dindarlar üçün iftar süfrələri təşkil olunub. Dindarların, imkansız şəxslərin, qocaların, şəhid ailələri üzvlərinin, veteranların, məcburi köçkünlərin iştirak etdikləri iftar mərasimlərində Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib, şəhidlərin ruhu yad edilib. Qeyd olunub ki, Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı