Modern.az

Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycan nefti cüzi bahalaşdı

27 İyun 2017, 14:06

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar və ya 0,14% artaraq 43,44 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar və ya 0,24% artaraq 45,94 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti də 0,1 dollar və yaxud 0,22% artıb.

Beləliklə, "Azeri LT CIF"in qiyməti 46,27 dollar/barelə bərabər olub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı