Büdcə məsələləri üzrə Avropa komissarı Günter Ettinger Böyük Britaniyanın Avropa Birliyindən çıxması nəticəsində ildə 20 milyard avro pul itirəcəyini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ettinger Londonun Avropa büdcəsində ödədiyi məbləğin həmin büdcədən aldığı vəsaitdən çox olduğnu deyib.
“Buna görə büdcəmizdə 11-12 milyard avro kəsir olacaq” – deyə komissar deyib.
Vüqar İSMAYILOV