Modern.az

Yay istirahətini harada keçirməyi düşünürsünüz? - SORĞU

Yay istirahətini harada keçirməyi düşünürsünüz? - SORĞU

29 İyun 2017, 15:58

Azərbaycanda yayın qızmar çağının başladığını nəzərə alsaq, əsl tətil, məzuniyyət günləri yaşadığımızı vurğulaya bilərik. Hazırda böyük əksəriyyət yay istirahətinin harada və necə təşkili haqda düşünür.


Təbii ki, çoxluq bu məsələni ölçüb-biçərkən ayağını yorğana görə uzatmağa çalışacaq, amma əksini düşünərək, çərçivələrdən kənara çıxmaq istəyənlərin də az olmadığını qeyd edə bilərik. Yəni, bu gün pul varsa, dincəlməyə getmək olar, sabah nə olacaq, Allah kərimdi...


Modern.az saytının növbəti sorğusu da yay istirahətinin təşkili barədədir: “Yay istirahətini harada keçirməyi düşünürsünüz?”

Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan ağağıdakı paneldə siyahıya baxıb, səs versinlər.


“Yay istirahətini harada keçirməyi düşünürsünüz?”


- Xaricdə istirahət etməyi planlaşdırıram;

- Azərbaycanın rayonlarında dincəlməyə üstünlük verəcəm;

- Maddi durum xaricdə və daxildə istirahət etməyə imkan vermir;

- Yay məzuniyyətini evdə keçirməyi düşünürəm;

- Müdiriyyət məzuniyyət haqqından məhrum edib, işləməsək ac qalarıq;

- Məzuniyyət və ya tətilə çıxmaq istəmirəm.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?