Modern.az

ABŞ və Azərbaycan İmişlidə  tibbi xidmətlərİ təkmilləşdirir

ABŞ və Azərbaycan İmişlidə  tibbi xidmətlərİ təkmilləşdirir

29 İyun 2017, 21:57

Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində İmişli rayonunun Şahverdililər kənd sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

 

Modern.az xəbər verir ki, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, Səhiyyə nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

 

“Amerika Birləşmiş Ştatlarının səfirliyi və  ABŞ Beynəlxalq İnkişaf Agentliyi adından ümid edirəm ki, bu yeni tibb məntəqəsi icmanızın təcili tibbi ehtiyaclarınızı ödəyəcək, habelə sizin və yaxınlarınızın həyatını yaxşılaşdıracaq.” deyə USAID-in Missiya Direktoru xanım Mikaela Meredis qeyd etdi.

 

Şahverdililər sakinləri yerli və regional hökumət orqanları ilə işləyərək köhnə bir otaqlı məntəqəni icmanın tibbi xidmətlərə ehtiyacını qarşılaya biləcək yeni tibb məntəqəsi ilə əvəzlədilər. Bir müayinə otağından və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Şahverdililər kəndinin 1,500-dən çox sakininin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

 

Ümumilikdə, EWMI Azərbaycanın 86 icmasında 148,000-dən artıq insanın faydalana biləcəyi 98 icma layihəsi həyata keçirib. USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. 

 

***

USAID haqqında ətraflı məlumat üçün təşkilatın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Vüqar Nağıyevlə aşağıdakı elektron poçt və ya telefonla əlaqə saxlayın: [email protected],  (+994 12) 498-18-35.

 

SEDA proqramı haqqında ətraflı məlumat üçün layihə rəhbərinin müavini Vaqif Həsənovla aşağıdakı elektron poçt və ya telefonla əlaqə saxlayın: [email protected],  (+994 12) 598- 46-14.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?