Modern.az

Bin Ladenlə mübarizə ABŞ-a 3 trilyon dollara başa gəlib

Bin Ladenlə mübarizə ABŞ-a 3 trilyon dollara başa gəlib

10 May 2011, 13:15

ABŞ son 15 ildə “Əl-Qaidə” lideri Usamə Bin Ladenə qarşı mübarizədə 3 trilyon dollar sərf edib. Modern.az İTAR-TASS-a istinadən bildirir ki, bu barədə ABŞ-ın həftəlik “Neşnl Cornal” jurnalı yazıb. Yazının müəllifləri bildiriblər ki, ABŞ-ın terrora qarşı önləyici tədbirləri ölkənin daha bir faicədən qaçmasına kömək etsə də, digər tərəfdən hələlik sosial-iqtisadi sahədə ciddi nailiyyət qazandırmayıb. 

Jurnalda ABŞ-ın müxtəlif vaxtlarda “xalq düşmənlərinə” qarşı mübarizədə sərf etdiyi vəsaitlər barədə cədvəl də verilib. Bin Laden Adolf Hitlerdən sonra ikinci yeri tutub. Hitlerlə mübarizə isə ABŞ-a 4,4 trliyon dollara “oturub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?