Modern.az

Deputat rəis qardaşının həbs xəbərinə reaksiya verdi: “Yalandır, sifarişdir”

Deputat rəis qardaşının həbs xəbərinə reaksiya verdi: “Yalandır, sifarişdir”

1 İyul 2017, 11:34

Mətbuatda  deputat Məlahət İbrahimqızının qardaşı, Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanıldığı haqda məlumatlar yayılıb. 

Məsələ ilə bağlı Modern.az Məlahət İbrahimqızına müraciət edib. Deputat deyib ki, yayılan informasiya tamamilə yalandır.

 

“Çox təəssüf edirəm ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar tirajlanır, kiməsə böhtan atılır. Mən umumiyyətlə, bu cür xəbərlərə münasibət bildirmək istəmirəm. Bu, yalan, böhtan və sifarişdir. Hansısa jurnalistin DTX adından belə yanlış informasiya verməsi heç cür qəbul olunmazdır.DTX ilə əlaqə saxlayıb öyrənsinlər görsünlər belə bir şey olubmu?! Əlbəttə ki, bu məlumat doğru deyil”.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...