Türkiyə Qətərdəki hərbi kontingentinin sayını min hərbçiyə qədər artırıb.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Türkiyə hərbçilərinin ikinci qrupu ötən gün Qətərə gəlib.
Türk hərbçilər Rarik bin Ziyad hərbi bazasında Qətər Silahlı Qüvvələri ilə birgə təlimlər keçirəcək. Təlimlərin dəqiq vaxtı hələ bilinmir.
Modern.az