Müdafiə Nazirliyinin Baş idarələrindən birinin əsaslı təmirdən sonra inzibati binasının açılış mərasimi keçirilib.
Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verilib ki, yüksək texnologiyalı bütün kommunikasiya xətləri, yeni mebel və digər zəruri avadanlıqla təchiz edilmiş üçmərtəbəli bina inzibati, xidməti iş otaqlarından və konfrans zalından ibarətdir.
Mərasimdə Baş İdarənin fəaliyyəti və xidmətin təşkili ilə bağlı ətraflı brifinq təqdim olunub.
Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Modern.az