Modern.az

Gəncədə sürücü 7 yaşlı uşağı vuraraq qaçıb

Gəncədə sürücü 7 yaşlı uşağı vuraraq qaçıb

1 İyul 2017, 22:40

Gəncə şəhərində 7 yaşlı piyadanı maşın vurub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsinə gedən yolunda baş verib.

Yolu keçmək istəyən Gəncə sakini, 2010-cu il təvəllüdlü, Bədəlli Ülvi Novruz oğlunu maşın vurub. Onun hansı avtomobil tərəfindən vurulması hələlik məlum deyil. Ü.Bədəllini yaxınlıqdan keçən başqa bir avtomobilin sürücüsü Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına aparıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...