Modern.az

Abşeronda 6 yaşlı uşağa təcavüz edən şəxs tutuldu - VİDEO

Abşeronda 6 yaşlı uşağa təcavüz edən şəxs tutuldu - VİDEO

Aktual

1 İyul 2017, 23:45

Abşeron rayonunda uşaqlara təcavüz edən manyak peyda olub. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ötən gün həmin şəxs Xırdalan şəhərində 6 yaşlı uşağa təcavüz etmək istəyən zaman ətrafda yaşayan sakinlər tərəfindən tutulub.

Sakinlər əvvəlcə həmin şəxsi döyüblər. Daha sonra isə rayon polis idarəsinə məlumat veriblər. Əraziyə gələn bir neçə polis işçisi adı hələki açıqlanmayan şəxsi idarəyə aparıblar. Manyakın polis şöbəsinə aparılmasını əks etdirən kadrlarda da ayın görünür.

Rayon polis idarəsi tərəfindən həmin şəxsin çirkin əməlləri araşdırılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi