Modern.az

İran Azərbaycan ərazisinə yayımlanmaq üçün yeni radio açmağa hazırlaşır

İran Azərbaycan ərazisinə yayımlanmaq üçün yeni radio açmağa hazırlaşır

10 May 2011, 18:24

İran Azərbaycanla sərhəd rayonlarında yeni radionun yayımını planlaşıdırır. Modern.az İran saytlarına istinadən bildirir ki, bu barədə  İranın Ərdəbil ostanının Teleradio Baş İdarəsinin müdiri Əbülhəsən Sadiqi Cahani Muğan bölgəsinin Parsabad şəhərinin Ümumi Mədəniyyət Şurasının iclasında deyib.
"Ərdəbilin Teleradio İdarəsinin yüksək qabiliyyətlərinə habelə bu ostanın coğrafi nöqteyi-nəzərdən xüsusi mövqeyə malik olmasına görə yaxın gələcəkdə Ərdəbilin sərhədaşırı radiosu fəaliyyətə başlayacaq"-deyə o açıqlama ilə çıxış edib.

Sadiqi Cahani Ərdəbilin sərhədaşırı radiosunun neçə saat verilişlər yayımlayacağını və yayım saatı haqda bir izahat verməyib.

Qeyd edək ki, sərhədboyu yaşayan Azərbaycan Respublikasının vətəndaşları İranın Ərdəbil ostanının Savalan telekanalı, Təbrizin Səhənd, Zəncanın İşraq və İranın Qərbi Azərbaycan ostanının kanalının verilişlərinə baxa bilirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?