Modern.az

Kənd Təsərrüfatı Naziriliyi ətin bahalaşmadığını iddia edir

Kənd Təsərrüfatı Naziriliyi ətin bahalaşmadığını iddia edir

10 May 2011, 18:35

Bazarda ətin qiymətinin artması ilə bağlı Modern.az-ın ötən həftə verdiyi məlumatı bu gün Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev də təsdiqləyərək bunun süni bahalaşma olduğunu deyib.

Maraqlıdır ki, hamının gördüyü reallığı Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri görmək istəmirlər. 5 may 2011-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi Bakının ayrı-ayrı bazarlarında ət qiymətləri ilə bağlı monitorinq aparıb. Bu barədə Modern.az-a məlumat verən Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev monitorinqin nəticələrini açıqlayıb.

“Nəticələrə görə ət məhsullarının bahalaşması müşahidə edilməyib. Belə ki, mal əti Nəsimi bazarında 5-6 manat, 3-cü mikrorayon və Keşlə bazarlarında 6 manat, 8-ci kilometr bazarında 5 manat, Təzə bazarda isə 5 manat 50 qəpikdir.

Qoyun əti Nəsimi bazarında 5 manat 50 qəpik-6 manat, 3-cü mikrorayon bazarında 6 manat, Keşlə bazarında 7 manat, Təzə bazarda 7 manatdır”.

Mətbuat xidmətinin rəhbəri əlində olan rəsmi sənədlərə əsaslanaraq bazarlarda ətin qiymətində bahalaşma müşahidə olunmadığını və qiymətlərin əvvəlki kimi olduğunu vurğulayıb.

M.Hacıyevin sadaladığı rəqəmlər bizi xeyli təəcübləndirdi. Çüni elə dünən özüm şəxsən 8-ci kilometr bazarında təzə mal ətini 7 manat 50 qəpiyə almışam.
Belə olan halda Kənd Təsərrüfatı Nazirliyinin monitorinq qrupu bazarın hansı hissəsində monitorinq aparıb maraqlıdır. Belə çıxır ki, ya belə montorinq aparılmayıb, ya da həmin montorinq leş ətləri satılan yerlərdə keçirlib. Nədən ki, yalnız həmin yerlərdə ətin kilosunu 4-5 manata verirlər. Onu alanlar isə Bakıda yaşayan çinlilər və it-pişuk saxlayan varlılardır.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?